Bu il Azərbaycan Gürcüstana ən çox məhsul ixrac edən ikinci ölkədir

Bu il Azərbaycan Gürcüstana ən çox məhsul ixrac edən ikinci ölkədir

Bu il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi 466,8 milyon dollar olub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ticarət dövriyyəsinin həcmi 88,8 milyon dollar və ya 15,9 faiz azalıb.

Bu ilin ilk 10 ayında ölkədən Azərbaycana idxal edilən məhsulların həcmi 58,8 milyon dollar dəyərində olub. Azərbaycandan Gürcüstana ixrac edilən məhsulların həcmi isə 408 milyon dollar təşkil edib.

Gürcüstanın Statistika İdarəsinin rəsmi məlumatlarına əsasən, Azərbaycan Gürcüstana ən çox məhsul ixrac edən ölkələrin renkinqində Çindən sonra ikinci ölkədir. Ölkəyə ixrac edilən məhsulların 13,3 faizini Azərbaycan təmin edir. Gürcüstanın məhsul ixrac etdiyi ölkələr sırasında isə Azərbaycan 9-cu ölkədir.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi 555,5 milyon dollar təşkil edib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR