Paşinyan xalqa iki dəfə müraciət etdi - SƏSİ EŞİDİLMƏDİ

Paşinyan xalqa iki dəfə müraciət etdi - SƏSİ EŞİDİLMƏDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın canlı bağlantısı uğursuz alınıb.

BAXAR.AZ "Report"a istinadən xəbər verir ki, öz feysbuk səhifəsində canlı yayıma qoşulan baş nazirin səsi gəlməyib.

Yayımda səslə bağlı problemin yaşanmasına baxmayaraq, N.Paşinyan 4 dəqiqə 48 saniyə danışıb, lakin səsi qətiyyən eşidilməyib.

Canlı yayımın səssiz olduğunu yalnız 5 dəqiqə sonra anlayan N.Paşinyan yayımı dayandırıb və növbəti dəfə canlı bağlantı ilə qoşulub. Lakin ikinci – 2 dəqiqə 9 saniyə çəkən canlı yayımda da səssiz olub.

Daha sonra nazir hər ikisi canlı yayımı səhifəsindən silib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR