Naməlum şəxs Moskvada bir qrup insanı girov götürüb
Moskvanın şimalında naməlum şəxs bir neçə nəfəri firov götürərək, partlayış törədəcəyi ilə təhdid edib.
Baxar.az tass-a istinadən xəbər verir ki, naməlum kişi Moskvanın şimalında Qolovinskiy şossesindəki bina 8 korpus 1 ünvanında bir neçə nəfəri girov saxlayır. Naməlum şəxs bildirib ki, onda bir neçə partlayıcı maddə var.
Neçə nəfərin saxlandığı və girov götürən şəxsin kimliyi bəlli deyil. Ərazidə təhlükəsizlik tədbriləri görülüb və hadisə yerində hüquq-mühafizə orqanlaırnın və təxirəsalınmaz xidmətin əməkdaşları fəaliyyət göstərir. (ölkə.az)