Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü -

Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı

Bu gün SSRİ-nin ilk rəsmi milyonçusu, “Təbriz”, “Şəms” musiqi qruplarının yaradıcısı, “Təbrizim” mahnısının bəstəkarı milyonçu Cənnət Əliyevin anım günüdür.

BAXAR.AZ  kulis.az - a istinadən onun haqqında maraqlı faktları təqdim edir.


Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. 9 yaşında atasını itirib. Ordubadda, Araz çayının sahilində yerləşən İnternat Məktəbində böyüyüb. İnternatda oxuyarkən o qədər aclıq hissi keçirib ki, ən böyük arzusu doyunca yemək olub. Yeməkxanadan çörək oğurladığına görə dəfələrlə döyülüb.

***

Ali təhsil almaq üçün əvvəlcə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olunur, daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Həmin dövrdə nişanlı olan Cənnət bir müddət sonra nişanını qaytarıb Rusiyanın Sverdlovski şəhərinə gedir. Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olur. Rüşvətxorluqla daima mübarizə apardığına görə ona dəli deyirlər. Sverdlovskidə bir müddət müstəntiq vəzifəsində işləyib. Amma rüşvətxorluğa qarşı çıxdığına görə təqiblərlə üzləşib. Sıxışdırıldığını görən Cənnət qərara gəlir ki, iqdisadiyyatla məşğul olsun. Sverlovskidə açdığı “Qvozdika” adlı mağazayla maddi vəziyyətini xeyli yaxşılaşdırır.

1989-cu ilin axırlarında Sverdlovskinin "Smena” qəzetində "Sovet milyonçuları ilə müsahibə” rubrikasında milyonçu kimi müsahibə verir.

***

1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və s. əyalətlərdə Polis orqanlarında işləmiş, bir müddət sonra isə orqandan xaric edilmişdir. 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurmuş və SSRİ-nin ilk rəsmi milyonçusu kimi məşhurlaşmışdır.

***

1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşərək bu hadisədən ciddi psixoloji zədələr alır. 1 həftə sonra Vilnus şəhərinə gedərək qəzetlərdə 20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması üçün müsahibələr verir. Birinci Qarabağ müharibəsi illərində orduya külli miqdarda vəsait ayırır.

Son günlərini ibadətlə keçirən, xalq təbabəti ilə insanları müalicə edən Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə yüksək təzyiq səbəbindən Bakıda dünyasını dəyişib.

***

SSRİ-nin ilk milyonçusu Cənnət Əliyevin ən yaxın dostu İlham adlı şəxs xatirələrində deyir: “Onun mənəvi haqqını nəinki krişnaçılar, heç müsəlmanlar da vermədilər. Ömrünün son günlərinə kimi yanında qalan yeganə insan mən olmuşam. Onun həmişə üz tutduğu insan mən olmuşam. Bir dəfə yanıma gəlib dedi ki, İlham, üç gündür çörək yemirəm. Nə qədər desəm də ki, gəl, gedək bizə, yemək hazırlasınlar ye, getmədi. Restoranların birində onun qarnını doyurduq, cibinə pul qoydum. Ansamblın heç bir üzvü Cənnətin dəfnində iştirak etmədi. Nə Şakir Quliyev, nə Musa Musayev, nə də o biriləri. Heç indinin özündə də bilmirlər ki, Cənnət harada dəfn olunub”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR