Bərdəyə hücumun yeni görüntüləri: Dəhşətli, silsilə partlayışlar - ANBAAN VİDEO

Bərdəyə hücumun yeni görüntüləri: Dəhşətli, silsilə partlayışlar - ANBAAN VİDEO

İşğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərinə raket hücumu ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Video Bərdə şəhərində yerləşən obyektlərdən birinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Baxar.Az oxu.az-a istinadən məlumat verir ki, sosial şəbəkələrdə yayılan videoda Bərdə şəhərinə Ermənistanın endirdiyi zərbə zamanı insanların yaşadığı təşviş və dəhşəti görmək, silsilə partlayış səslərini eşitmək olar.

2020-ci il oktyabrın 28-də saat 13.00 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində  21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR