İran şokda! 337 nəfər öldü

İran şokda! 337 nəfər öldü

İranda pandemiya başlayandan bəri ilk dəfə bir gündə 300-dən çox koronavirus xəstəsi ölüb.

Baxar.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib. Bundan öncə koronavirus qurbanlarının əvvəlki gündəlik maksimum sayı 279 idi.

Bununla da ölkədə koronavirus infeksiyasının aşkarlandığı 19 fevral tarixindən bəri yoluxmuş insanların ümumi sayı 534 631 nəfərə, COVID-19 qurbanlarının sayı isə 30 712 nəfərə çatıb. 431 360 nəfər virusdan sağalıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR