Donald Tramp Emmanuel Makronun vəzifəsini dəyişik saldı

Donald Tramp Emmanuel Makronun vəzifəsini dəyişik saldı

ABŞ lideri Donald Tramp Fransa prezidenti Emmanuel Makronu səhvən baş nazir adlandırıb.

BAXAR.AZ xəbər verir. ki, ABŞ rəhbəri bu qeyri-dəqiqliyə Miçiqan ştatında mitinqdə iqlim üzrə Paris razılaşması haqqında danışarkən yol verib.

"Bəs siz bilirsiniz ki, mən hələ dayandım? İqlim üzrə Paris razılaşması", - Tramp deyib. "Mən baş nazir Makronu çox sevirəm, amma bir dəfə ondan soruşdum, vəziyyət necədir, orada razılaşma necədir?", - deyə Tramp Fransa prezidentinin vəzifəsini yanlış adlandırıb.

Qeyd edək ki, hazırda Fransanın baş naziri Jan Kasteksdir. Onu bu vəzifəyə 2020-ci ilin iyulunda Makron özü təyin edib. Prezident-parlament respublikası olan Fransada hökumətin rəhbərini məhz dövlət başçısı təyin edir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR