Ərdoğan: “Türkiyə Qara dənizdə yeni qaz ehtiyatı aşkarlayıb”

Ərdoğan: “Türkiyə Qara dənizdə yeni qaz ehtiyatı aşkarlayıb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə yeni qaz ehtiyatının aşkarlandığını açıqlayıb.

Baxar.Az oxu.az-a istinadən xəbər verir ki, “Bizim gəmimiz ilk qaz yatağının tapılmasından sonra işini davam etdirdi. Yeni tədqiqatlar zamanı daha 85 milyard kub metr qaz ehtiyatı tapılıb”, - deyə R.Ərdoğan bildirib.

O, əlavə edib ki, yatağın ümumi həcmi 405 milyard kub metr təşkil edir.

Türkiyə 2023-cü ildən yatağın istismarına başlamağı planlaşdırır.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR