Bakı və Abşeronda yaşayanlara-ŞAD XƏBƏR

Bakı və Abşeronda yaşayanlara-ŞAD XƏBƏR

Həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakı və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb.

 

BAXAR.az Bakupost.az-a istinadən xəbər verir ki, aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər. Belə ki, "Azərmaş" ASC ərzaq bağlamalarının çatdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər.

 

Sosial aksiya 500 ailəni (təxminən 2 000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR