Azərbaycanda 5 min 752 nəfərə pul köçürüldü

Azərbaycanda 5 min 752 nəfərə pul köçürüldü

Koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

 

Maliyyə Nazirliyindən verilən məlumata görə, Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 1 983 vergi ödəyicisinə 3 milyon 652 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2 560 fərdi (mikro) sahibkara isə 2 milyon 948 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.

 

Bundan əvvəl, 9 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bugünkü tarixə 5 752 vergi ödəyicisinə umumilikdə 8 milyon 939 min manat həcmində maliyyə dəstəyinin göstərilməsi təmin edilib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR