Uşağını xalçaların altına qoyaraq ölümünə səbəb olan qadın ömürlük azadlıqdan məhrum edildi - FOTO

Uşağını xalçaların altına qoyaraq ölümünə səbəb olan qadın ömürlük azadlıqdan məhrum edildi - FOTO

Türkiyənin Elazığ vilayətində yenidoğulmuş uşağını xalçanın altına qoyaraq, onun ölümünə səbəb olan qadın ömürlük azadlıqdan məhrum edilib.

Baxar.az məlumat verir ki, 11 il əvvəl əri ölən, 36 yaşlı iki uşaq anası Kader O. sevgilisi H.G.-dan hamilə qalıb.

Uşaqları yatan zaman evdə doğuş həyata keçirən qadın yenidoğulmuşun səsinin eşidilməməsi üçün onu evin çardağında xalçaların altına qoyub.

 On iki saat sonra uşağa baxmağa gedən qadın körpənin öldüyünü anlayıb və onun meyitini paketə qoyaraq zibilliyə atıb.

Meyit aşkar ediləndən sonra polis axtarışa başlayıb və cinayəti törədən Kader O. tutulub. (ölkə.az)


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR