İlham Əliyev BMT-ni Ermənistan hakimiyyətini yeni hərbi təcavüzdən çəkindirməyə çağırdı

İlham Əliyev BMT-ni Ermənistan hakimiyyətini yeni hərbi təcavüzdən çəkindirməyə çağırdı

Ermənistanın hərbi-siyasi hakimiyyəti yeni təxribat və gərginliyin artmasına görə məsuliyyət daşıyacaq. 

Baxar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrdə videomüraciətlə çıxış edərkən bildirib. 

“Təəssüf ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Danışıqlar konkret məsələlərin həllinə yönəlməlidir. 

Minsk Qrupunun həmsədr dövlətləri bir neçə dəfə status-kvonun saxlanılmasını qəbuledilməz adlandırıblar. Biz bu bəyanatları dəstəkləyirik, lakin bizə real addımlar və nəticələr lazımdı”, - deyə dövlət başçısı bildirib. 

Prezident BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsinə, Azərbaycan torpaqlarının azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çağırıb. 

Tovuz döyüşlərindən sonra Ermənistana 1000 ton silah-sursatın daşınmasına diqqət yetirən İ.Əliyev bildirib ki, digər ölkələr rəsmi İrəvana silah göndərməyi dayandırmalıdır.

O qeyd edib ki, dünyanın ən kasıb ölkələrindən biri olduğunu nəzərə alaraq, Ermənistan silahı pulla deyil, havayı əldə edir. oxu.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR