İki ölkəni qarışdıran və 74 uşağa təcavüzdə ittiham olunan müəllimlə bağlı qərar verildi - FOTO

İki ölkəni qarışdıran və 74 uşağa təcavüzdə ittiham olunan müəllimlə bağlı qərar verildi - FOTO

İsraillə Avstraliya arasında münasibətlərin gərginləşməsinə səbəb olan “Leifer sənədi” ilə bağlı qərar açıqlanıb. Belə ki, İsrail Ali Məhkəməsi Avstraliyadakı ittihamlardan sonra İsrailə qaçan müəllimin öz ölkəsinə təhvil verilməsi barədə hökm çıxarıb.

 

Baxar.az xəbər verir ki, Dassi Erlix, Nikol Meyer və Elli Sapper adlı üç bacı 2008-ci ildə Melbrun  Ortodoks məktəbində şagird olduqları illərdə müəllimləri Malka Leiferi təcavüzdə ittiham etmişdilər. Onların sözlərinə görə, müəllim başqa uşaqları da cinsi istismar edib. İttihamlardan sonra müəllim İsrailə qaçmışdı.

 

Adıçəkilən bacılar düz 10 ildir ki, onun vətənində mühakimə olunması üçün mübarizə aparırdılar.

 

Avstraliyada istintaq müddətində Leiferin ümumilikdə 74 uşağa təcavüz etdiyi müəyyən olunub. (oxu.az)

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR