Ermənilər müharibəyə hazırlaşır - Rusiyalı politoloq

Ermənilər müharibəyə hazırlaşır - Rusiyalı politoloq

"Yaxın Şərqdən hərbi birləşmələrin Qarabağa gətirilməsi onu göstərir ki, ermənilər müharibəyə hazırlaşır".

 

Baxar.az xəbər verir ki, bu fikri Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirib.

 

Onun sözlərinə görə, erməni tərəfi son zamanlar diversiyaların sayını da artırıb: "Ermənilər düşünür ki, kürdlərin hesabına nələrsə əldə edə bilər. Üstəlik Türkiyənin Azərbaycana açıq dəstəyi də erməniləri narahat edir.

 

Ermənilər terror təşkilatlarından istifadə etməyə çalışır. Əgər müharibə başlayarsa, Türkiyə və Azərbaycan birləşməsi nəticəsində işğal altında olan torpaqlar azad ediləcək". (atv news)


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR