Kuman Messiyə meydandakı yerini göstərdi

Kuman Messiyə meydandakı yerini göstərdi

“Barselona”nın baş məşqçisi Ronald Kuman hücumçu Lionel Messinin meydandakı mövqeyi barədə qərar verib.

Baxar.az xəbər verir ki, “Mundo Deportivo” agentliyinin məlumatına görə, niderlandlı mütəxəssis argentinalı futbol ulduzunun yerini sağ vinger mövqeyində görür.

R.Kumanın planına əsasən, L.Messi  hücum xətti boyunca hərəkət edəcək və müdafiəyə kömək etməkdən azad olunacaq.

Qeyd edək ki, L.Messi ötən gün komanda ilə məşqdən öncə koronavirus infeksiyası ilə əlaqədar testdən keçib.(oxu.az)


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR