İsrail SOCAR-a “Aşdod” NEZ-in alınmasını təklif edib

İsrail SOCAR-a “Aşdod” NEZ-in alınmasını təklif edib

SOCAR-a İsrailin “Aşdod” neft emalı zavodunun (NEZ) alması ilə bağlı təkliflər daxil olub.

 

Baxar.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İsrail mətbuatında SOCAR-ın sözügedən zavodu alması ilə bağlı dərc olunan xəbəri şərh edərkən deyib.

 

İsrailin “Calcalist” qəzetində “Aşdod” zavodunun alınması üçün SOCAR-a yerli tərəfdaşın tələb olması səbəbindən Azərbaycan nümayəndələrinin bir neçə İsrail şirkəti ilə danışıqların aparıldığı qeyd olunur. Tərəfdaş qismində İsrailin “Şafir Andasa” və “Aspen” şirkətləri qeyd olunur.

 

“Belə bir təklif bizə daxil olub, lakin SOCAR hazırda belə bir investisiyanı nəzərdən keçirmir”, - deyə İ. Əhmədov bildirib. (apa.az)


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR