Bakıda

Bakıda "pul paylayan" şirkət fəaliyyətə keçdi bu dəfə..

Ötən ilin sonlarına yaxın Bakıda quraşdırdığı, insanlara pul paylayan aparatlarla "(Azpulmat”) gündəmə gəlmiş "Azpul” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib.

BAXAR.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xəbər verilib.

Məlumata görə, şirkətin nizamnamə kapitalı kəskin artırılaraq 1 000 manatdan 300 000 manata çatdırılıb ki, bu da BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğundur.

 

"Azpul”un direktoru Tural Vəliyev  açıqlamasında bildirib ki, yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankından BOKT lisenziyası almağı planlaşdırırlar. Bundan sonra kommersiya qurumunun fəaliyyəti barədə ictimaiyyətə geniş məlumat veriləcək.

 

Xatırladaq ki, "Azpulmat” aparatları vətəndaşların şəxsiyyət vəsiqəsinin sürəti və barmaq izi əsasında 30 saniyə ərzində 20 manatdan başlayaraq borc verirdi. Həmin borc 5 gün ərzində 21 manat olmaqla geri qaytarılmalı idi. Geriyə ödənişi vaxtında etmiş şəxslər növbəti mərhələdə 40 manat borc ala bilirdilər. Yəni, borc limiti 2 dəfə artırdı və maksimum 1 000 manat ola bilərdi. Bu isə ictimaiyyətin geniş marağına səbəb olmuşdu. Amma bu növ fəaliyyətin hüquqi əsası olmadığı üçün aparatların fəaliyyəti qısa müddətdə dayandırılmışdı.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR