Livanda prezidentə qarşı etiraz aksiyası başlayıb

Livanda prezidentə qarşı etiraz aksiyası başlayıb

Çərşənbə axşamı günü Livan paytaxtında hökumət əleyhinə etiraz aksiyaları yenidən başlayıb. BAXAR.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, Livanın paytaxtında etiraz aksiyaları bu dəfə Livan prezidenti Mişel Aunun istefası üçün olub.  Etirazçılar partlayış nəticəsində dağılmış Beyrut limanının girişinə toplaşıblar.

Manifestantlar hökumət əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar Livan prezidenti Mişel Aunun istefası ilə yanaşı parlamentin də buraxılmasını tələb edirlər.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR