Livanda daha bir nazir istefa verdi

Livanda daha bir nazir istefa verdi

Livanın ədliyyə naziri Mari Klod Nəcim istefa verib.

BAXAR.AZ bu barədə “Al-Hadath”a istinadən xəbər verir.

Xatırladaq ki, ötən gün informasiya naziri Mənəl Abdül Səməd, ətraf mühit naziri Demianos Qəttər də analoji addım atmışdılar.

Ötən həftənin çərşənbə axşamı günü Beyrut limanındakı anbarda baş verən və azı 158 nəfərin ölümünə səbəb olan güclü partlayışdan hiddətlənən bəzi qruplar paytaxtda iğtişaşlar törədərək hökumət binalarına hücum edir, təhlükəsizlik qüvvələrilə toqquşurlar.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR