Minskdəki dünən baş verən hadsələrdə tulanların sayı açıqlandı

Minskdəki dünən baş verən hadsələrdə tulanların sayı açıqlandı

Belarus İnsan Hüquqları Mərkəzi "Vesna" avqustun 9-da Belarusda icazəsiz etiraz aksiyaları zamanı ən azı 213 adamın tutulduğu barədə xəbər verib.

"Avqustun 10-da (Bakı vaxtı ilə 11:00 - red.) "Vesna"ya Belarusda ən azı 213 nəfərin saxlanıldığı məlumdur", - deyə təşkilatın "Telegram" kanalında yayımlanan açıqlamasında bildirilir.

Qeyd olunur ki, paytaxt Minskdə 110 nəfər tutulub: onlardan 40 nəfər müşahidəçidir, 70 nəfər isə etiraz aksiyaları zamanı saxlanılıb.

Belarus bölgələrində 15-dən çox müşahidəçi, həmçinin, Qomel, Baranoviçi, Qrodno, Vitebsk, Mogilyev və digər şəhərlərdə etirazçılar və jurnalistlər saxlanılıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR