Erməni idmançı etdiyi hərəkətə görə cəzalandırılıb

Erməni idmançı etdiyi hərəkətə görə cəzalandırılıb

Döyüş zamanı rinqə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma Artsax rejimin "bayrağ"ı ilə çıxan erməni idmançı Edmen Şahbazyan UFC tərəfindən cəzalndırılıb.

BAXAR.AZ xəbər verir ki, bu barədə Edmen Şahbazyanın baş məşqçisi Edmond Tarverdyan erməni mətbuatına açıqlamasında bildirib.

O, qondarma rejiminin bayrağı ilə rinqə çıxdıqları üçün cərimələndiklərini söyləyərək etdikləri bu əməlin səhv olduğunu etiraf edib.

Qeyd edək ki, Edmen Şahbazyanın hərəkətinə göz yuman UFC əməkdaşı da işdən çıxarılıb.

Azərbaycan və Türkiyə səfirlikləri təxribata görə UFC prezidentinə etiraz məktubu göndəriblər.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR