Türkiyədə koronavirus ilə bağlı vəziyyət ciddiləşib

Türkiyədə koronavirus ilə bağlı vəziyyət ciddiləşib

Son sutka ərzində Türkiyədə koronavirusdan 15 nəfər ölüb.

“BAXAR.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 813 nəfərə çatıb.

Son 24 saatda  koronavirusa 1 185 yoluxma faktı aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 238 450-yə yüksəlib.

Eyni zamanda son sutkada virusa yoluxmuş 1 028 xəstə sağalıb.

Qeyd edək ki, hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 221 574 nəfər təşkil edir. 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR