Türkiyədə karantin rejimi yenidən sərtləşdirilir

Türkiyədə karantin rejimi yenidən sərtləşdirilir

Türkiyənin bəzi bölgələrində epidemioloji vəziyyət yenidən gərginləşib. Bu səbəbdən Türkiyədə 83 yaşayış məntəqəsində karantin tədbirləri yenidən sərtləşdirilir.

BAXAR.AZ xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, 32 vilayətə bağlı olan 4 qəsəbə bələdiyyəsində, 37 kənd, 39 məhəllə və 3 məzrada (seyrək aralıqlı kiçik yaşayış məskəni) (toplam 83 yaşayış məntəqəsi) karantin rejimi tətbiq olunub.

Qeyd edək ki, indiyə qədər Türkiyədə 237 265 nəfərin COVID-19-a yoluxduğu aşkar edilib. 5 798 xəstə pandemiyanın qurbanı olub.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR