"Dilqəm və Şahbaz üçün anti-terror əməliyyatı keçirilməlidir"

2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Azərbaycan Respublikası Milli Məclisinin keçmiş üzvü, Qarabağ qazisi, Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, Azərbaycan anti-terror əməliyyatları həyata keçirməklə Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqdan azad edə bilər. Buna beynəlxalq hüquq belə əsas verir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR