"Ermənilər hər zaman yeni torpaq iddiasında olublar"

Ermənistan-Azərbaycan münaqişəsini analiz etmək istəyən şəxslərin nəzərinə bir neçə məsələni çatdırmaq istəyirəm. Onları bilmədən və dərindən anlamadan hansısa nəzəriyyələr irəli sürmək nadanlıq olar.

BAXAR.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Rəsul Quliyev deyib:

"Ermənilər 19-cu əsrin sonlarında, daha dəqiq desək, Daşnak partiyası yaradıldıqdan etibarən böyük bir ərazidə Ermənistan yaratmaq eşqi ilə yaşamağa başlayıblar. İlk əvvəl Türkiyə ərazilərinin hesabına bu dövləti yaratmaq istəsələr də, 1918-ci ilin fevralından Azərbaycan torpaqlarından istifadə edib, Ermənistan yaratmağın daha asan olduğunu başa düşdülər və bu istiqamətdə fəaliyyətə başladılar. Bu barədə müzakirələr Türkiyə, Azərbaycan və hələ olmayan Ermənistan arasında danışıqlar həmin ilin aprel ayında basladı və may ayının 26-27-də imzalandı."

Rəsul Quliyev qeyd edib ki, müzakirələrdə iştirak edən, müqaviləyə imza çəkən M.Ə.Rəsulzadə 28 mayda Azərbaycan müstəqilliyi barədə qərar qəbul ediləndə, müstəqillik deklarasiyası imzalananda deputatların işində iştirak edə bilmədi.
 
"Azərbaycanda heç bir torpaqlara malik olmayan ermənilər birdən-birə Azərbaycanın ən qədim şəhərlərindən biri olan İrəvana sahib oldu. Normal məntiqli ağıl "heç bir torpağın olmadan ölkə yaratmısan"la kifayətlənməli, həmişə Azərbaycana minnətdar olmalı idi. Ancaq belə olmadı... Əksinə ermənilər dərhal yeni ərazi iddialarına başladılar. Ağlı başında olan istənilən alim, jurnalist özünə bir qədər əziyyət verib arxivləri araşdırmaq istəsə, ermənilərin strategiyasının nədən ibarət olduğunu görər!

Ermənilər bolşevik Şaumyanın artıq reallaşdırmağa başladığı "Bakı müstəqil şəhər olmalıdır, heç bir respublikanın tərkibində olmamalıdır" ideyasını həyata keçirmək və sonradan onu Ermənistanın tərkibinə keçirmək niyətində idilər. Onların bu planını Türkiyə ordusunun qoşunlarının yeni yaranmış Azərbaycan ordusu ilə birlikdə Bakını daşnaklardan azad etməsi və 1 il 3 ay müddətində Bakını Böyük Britaniya general qubernatorluqunun idarə etməsi ermənilərin bu ideyasını darmadağın etmiş oldu. 

19-cu əsrin sonlarından bu günə qədər Ermənistanın Azərbaycan torpaqlarına sahib çıxmaq iddiaları bir an belə dayanmayıb. DQ-a muxtariyyatlıq verilməsi, 2-ci dünya müharibəsindən sonra 200 min azərbaycanlının öz torpaqlarından çıxarılması, azərbaycanlıların yerinə yaxın şərqdən 200 min erməni gətirilməsi, 1960-cı illərdə Naxçıvanın Ermənistana verilməsi məsələsinin müzakirəyə çıxarılması, eyni zamanda 1987-ci ildən azərbaycanlıların kütləvi şəkildə Ermənistandan çıxarılması və bundan istifadə edib Sumqayıt və Bakı qırğınlarının təşkil edilməsi ermənilərin mənfur siyasətlərinin nəticəsidir.

Əminliklə bildirirəm ki, bu hadisələri analiz edə bilmədən hansısa boş-boş fikirlər söyləyənlər nadanlardır. Onları tənqid etmək belə istəmirəm, sadəcə olaraq onlara yazığım gəlir... "


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR