Azərbaycanlılara hücum etdirən kimlərdir?

Azərbaycanlılara hücum etdirən kimlərdir?

İyulun 22-də Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə həmvətənlərimiz ermənilərlə üz-üzə gəliblər.

Yarım milyon erməninin yaşadığı və baş nazir Nikol Paşinyanın “erməni diasporu”nun paytaxtı adlandırdığı Los-Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. Həmvətənlərimiz Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasının önündə aksiya təşkil etməyi planlaşdıran ABŞ-dakı əsas erməni lobbi təşkilatı Amerika Erməni Milli Komitəsinin (ANCA) üzvlərinin önünə canlı sipər çəkiblər.

Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən tarixi faktlar, habelə ermənilərin Azərbaycanın sərhəd rayonu olan Tovuzda təxribat zamanı şəhid olmuş hərbçilərin fotoşəkillərindən ibarət plakatlarlarla “Terrorçu Ermənistan”, “İşğalçılığı dayandır”, “Uşaq qatilləri”, “Ar olsun Ermənistana!” şüarları səsləndiriblər. Aksiya zamanı ermənilər təxribata əl atıblar. ABŞ polisi yüzlərlə erməninin toplaşdığı ərazidə təhlükəsizliyi təmin etməyə çalışsa da, aksiya insitentsiz ötüşməyib. Ermənilər həmvətənlərimizə hüçum çəkiblər. Qarşıdurma zamanı azərbaycanlılar arasında bir neçə nəfər yaralanmışdı. 

"Erməni diasporu"nun paytaxtında erməni diasporuna hər il erməni iş adamları milyonlarla dollar ianələr ayırır. Erməni diasporunun "Xaç ata"larından biri də Levon Termendzhyan adlanan erməni əsilli iş adamıdır. Hər kəsə məlumdur ki, erməni diasporunun ən aktiv fəaliyyət göstərdiyi ölkələrdən birincisi Amerika Birləşmiş Ştatlarıdır. Erməni iş adamları isə bu lobbiçilik fəaliyyətinə yardımlar göstərir. Bu iş adamlarından olan Levon Termendzhyan Los-Anceles erməniləri tərəfindən kütləvi şəkildə dəstəklənir. Lakin Justice.gov 16 mart 2020-ci ildə yazır ki, Levon Termendzhyan ABŞ-da 1milyard dollar vergi cinayəti törədib. 

Levon Termendzhyan Azərbaycan ictimaiyyətinə tanış simadır. O, "Palmali Holding"in idarə heyətinin üzvüdür. 

“FETÖ Terror Örgütü”nə dəstək verməklə suçlanan Mənsimovun əsas biznes ortaqlarından biri olan Levon Termendzhyan da ABŞ Federal Təhlükəsizlik İdarəsinin hazırladığı raport əhsasında həbs olunubdur.

Belə ki, Mübariz Mənsimovun biznes ortaqlarından sayılan “Noil Energy” şirkətinin sahibi Levon Termendzhyan və ABŞ-dakı “Washakie Renewable Energy” şirkətinin sahibi Jacop ve Isaiah Kingston qardaşları ilə birlikdə xüsusi şəkildə təşkilatlanmış cinayət əməllərinə görə suçlu elan ediliblər. Onlar qeyd etdiyimiz kimi ABŞ-ın dövlət xəzinəsinə bir milyard dollar məbləğində zərər vurmaqda təqsirli sayılırlar.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR