"Yanğınların baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl etməliyik". - ETSN

Xəbər verildiyi kimi 31 iyul tarixində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında ehtiyatsızlıq səbəbindən fermada baş verən və sonradan güclü külək nəticəsində böyük ərazini əhatə edən yanğın FHN-nin və ETSN-nin əməkdaşlarının səyi nəticəsində söndürülüb, meşə ərazisinə keçməsinin qarşısı alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAXAR.AZ-a verilən məlumata görə, təəssüf ki, yanğın zamanı biri Siyəzən meşəbəyliyinin meşə gözətçisi olmaqla, Sədan kəndinin iki sakini həyatını itirib. 
"Yanğında  həyatlarını itirənlərin  ailələrinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik və bir daha vətəndaşlara müraciət edirik ki, kimlərinsə ehtiyatsızlığı, etinasızlığı ucbatından yaranan yanğın hadisələrinin nə qədər ağır nəticələrə səbəb olmasını nəzərə alsınlar,  ağır fəsadlara şərait yaradan yanğınların baş verməməsi üçün  maksimum dərəcədə ehtiyatlı olsunlar", - deyə xəbərdə bildirilir.


OXŞAR XƏBƏRLƏR