Koronavirus 72 saat ərzində suda məhv olur

Koronavirus 72 saat ərzində suda məhv olur

Koronavirus hissəciklərinin 90%-i 24, 99,9%-i isə 72 saat ərzində suda məhv olur.

BAXAR.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu nəticəyə Rusiyanın “Vektor” virusologiya mərkəzinin mütəxəssisləri gəlib.

Alimlərin sözlərinə görə, koronavirus dexlorlaşmış və dəniz suyunda mövcudiyyətini qoruya bilsə də, çoxalmır. Bundan başqa, onun aktivliyi birbaşa suyun dərəcəsindən asılıdır. Belə ki, qaynayan suda virus tamamilə yoxa çıxır.


OXŞAR XƏBƏRLƏR