Koronavirusa yoluxmanın 56,5 faizi paytaxtda qeydə alınıb - STATİSTİKA

Koronavirusa yoluxmanın 56,5 faizi paytaxtda qeydə alınıb - STATİSTİKA

Azərbaycanda koronavirusa ən çox yoluxma halı Bakı şəhərində qeydə alınıb. Belə ki, ümumi yoluxma hallarının 56,5 faizi paytaxtın payına düşür.

AZƏRTAC “koronavirusinfo.az” saytına istinadla xəbər verir ki, Abşeron rayonunda bu göstərici 16,5, Aran rayonlarında 8,7, Gəncə-Qazax bölgəsində 6,9, Lənkəran rayonunda 4,6, Quba-Xaçmaz zonasında 2, Dağlıq Şirvanda 1,6, Şəki-Zaqatala bölgəsində 1,5, Yuxarı Qarabağda 0,9 faizə bərabər olub. Naxçıvan Muxtar Respublikasında yoluxma halı müşahidə olunmayıb. Ölkə xaricindən idxal olunma halları 0,8 faiz təşkil edir.

Paytaxt üzrə ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb – 14 faiz. Bu göstərici Xətaidə 12,3 , Sabunçuda 11,9 , Yasamalda 11,8, Nəsimidə 9,3, Nərimanov və Suraxanıda 8,2, Nizamidə 7,4, Qaradağda 7,3, Xəzərdə 4,7, Səbaildə 4,4, Pirallahıda 0,3 faiz təşkil edib.


OXŞAR XƏBƏRLƏR