ABŞ-da aksiyalar davam edir

ABŞ-da aksiyalar davam edir

ABŞ-ın əksər ştatlarında Azərbaycan vətəndaşları ermənilərin aqressiyasına və işğalçılıq siyasətinə etiraz olaraq kütləvi aksiyalar keçirir.

Bu gün Florida ştatının ən böyük şəhəri olan Jaksonvilldə belə bir aksiya baş tutub. Aksiyanın təşkilatçıları Ramilə Oraşeva və Xanım Bağırovadır.

Aksiyada "İşğala son!", "Qarabağa Azadlıq!", "Erməni aqresiyası son!", "Erməni vəhşiliyinə son!" şüarları səsləndirilib. 
 

Aksiyanın təşkilatçısı Ramilə Oraşeva belə aksiyaların davamlı olacağını bildirir. Onun sözlərinə görə,  etiraz aksiyaları ABŞ-ın digər ştatlarını da əhatə edəcək. 

Ramilə Oraşeva hazırda ABŞ-da yaşayır, o, ictimai-siyasi həyatda aktivdir. 
 
Aksiyasının digər təşkilatçısı Xanım Bağırova isə Azərbaycan Respublilasının Milli Məclisinin sabiq sədri Rəsul Quliyevin qızıdır.


OXŞAR XƏBƏRLƏR