Ermənistan İsraildə səfirlik açır, Azərbaycan isə...

Ermənistan İsraildə səfirlik açır, Azərbaycan isə...

Rusiya RT-nin baş redaktoru Marqarita Simonyanın rus-erməni münasibətlərindən və Paşinyanın bu əlaqələrin gərginləşməsində mühüm rolu barədə yazısı Ermənistanda, ələxsusda hakim dairələrdə geniş rezonans doğurub. Bəlkə də Paşinyan gözləmədiyi tərəfdən elə öz ermənisindən tutarlı cavab aldı. Tovuz təxribatında gözlədiyi uğuru qazana bilməyən, Türkiyənin qəti mövqe ortaya qoyması ilə bunun acı nəticələr doğurduğunu anlayan Paşinyan erməni xislətinə sadiq qalaraq tarixi yiyəsi Rusiyaya yaltaqlanmağa başladı. Belə ki, Rusiyanın RBK tele-kanalına müsahibəsində deyilənlərin hamısının yalan olduğunu bildirdi. O, qeyd edir:

 "Ayrıca heç bir siyasətçi Rusiyanın müttəfiqi sayıla bilməz. Bütün erməni xalqı və Rusiyada da bunu başa düşməlidirlər ki, Rusiyanın müttəfiqi Ermənistanda nə Paşinyan, nə Petrosyan, nə Sarkisyan, nədəki Koçaryandır, müttəfiq və tərəfdaş yalnız erməni xalqıdır".

Ermənistanda qərbyönümlü qeyri-hökumət təşkilatların fəaliyyətinə gəldikdə isə o qeyd edir ki, bu təşkilatlar ondan qabaq fəaliyyət göstərirlər və bunlar hələ əvvəlki hakimiyyətlər dövründən mövcuddurlar. "Əgər Koçaryan və Sarkisyan belə Rusiyayönümlü idilərsə, niyə onlar bu təşkilatları bağlamırdılar"?
Göründüyü kimi Paşinyan əvvəlki sələflərindən də daha həyasız, riyakar, yaltaq, qorxaq, tülkü cildinə bürünmüş üzdəniraq bir məxluqdur. Bununla nə danışıq, hətta üz-üzə gəlmək belə heç kimə şərəf gətirməz. Qatil düşmənlə danışmazlar, ancaq vuruşarlar.

Bu günlərdə Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan, ermənilərin xarici siyasətdə dönüş edərək revanş götürmək məqsədi ilə atdıqları daha bir məkrli planı üzə çıxdı. Belə ki, Ermənistan İsraildə səfirliyini açır və Armen Sumbatyan səfir kimi artıq 22 iyuldan İsraildədir. O, karantindən keçəndən sonra rəsmi fəaliyyətə başlayacaq. İsrail tele-kanalları qeyd edir ki, Ermənistanın əsas məqsədi İsrailin Azərbaycana silah və pilotsuz uçuş aparatlarının verilməsinin qarşısını almaq, İsrail ilə münasibətləri daha da gücləndirməkdir. Səfir də İsrail rəhbərləri ilə görüşdə Ermənistanı narahat edən məsələləri qaldıracaq.

Biz isə uzun illərdir İsraildə səfirliyin açılmasını ləngidərək gah İrandan, gah da ərəb ölkələrindən ehtiyatlanıb gözləmə mövqeyi tuturuq. Erməni isə havadarı, dayağı, güvəndiyi İrana ya məhəl qoymadı, ya da razılığa gəlib İsraildə səfirlik açmağa nail oldu. Ərəb ölkələri ilə də Ermənistanın çox yaxşı münasibətləri olub və indi də var.

Bu dəvəsi ölmüş ərəbdən biz niyə ehtiyatlanırıq?

Vilayət Həsənov

Azərbaycan Tərəqqi Partiyasının sədr əvəzi


OXŞAR XƏBƏRLƏR