SOCAR su probleminin həlli üçün aparılan işlərə qoşuldu

SOCAR su probleminin həlli üçün aparılan işlərə qoşuldu

İmişlidə yerləşən antropogen göllərdə olan su ehtiyatı hesabına suvarma suyunda yaranan  çətinlik aradan qaldırıla bilər. Hazırda bu istiqamətdə iş aparılır.

BAXAR.AZ xəbər verir ki,Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və mütəxəssislər göllərə baxış keçiriblər.

Ölkədə yaranan su probleminin aradan qaldırılması üçün Tədbirlər Planına uyğun olaraq ehtiyat su mənbələrinin araşdırılması və həmin su hövzələrindən səmərəli istifadə olunması istiqamətində işlər başlanılıb. Baş nazirin müavini Şahin Mustafayev bildirib ki,plana uyğun olaraq İmişli rayonunun Xubyarlı, Məzrəli və Çaxırlı kəndləri ərazisində yerləşən göllərdə ümumilikdə 70-100 milyon kubmetr su ehtiyatı olduğu müəyyən edilib. İlkin mərhələdə Xubyarlı kəndi ərazisində yerləşən göllərdəki sudan istifadə olunması nəzərdə tutulur. Bir-biri ilə əlaqəli olan beş göldə 72,5 milyon kubmetr su ehtiyatı mövcuddur.


OXŞAR XƏBƏRLƏR