“Azərbaycanda mayın 27-si və 28-dən etibarən...” - Açıqlama

“Azərbaycanda mayın 27-si və 28-dən etibarən...” - Açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında mayın 27-si və 28-dən etibarən ölkə ərazisində havanın temperaturu tədricən yüksələcəyini bildirib.

Onun sözlərinə görə, sabahdan rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq:

“Azərbaycanın şərq rayonlarında hava şəraiti yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Ölkə ərazisində mayın 26-da mülayim şimal küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, mayın 27-də mülayim cənub küləyi əsəcək.

Oxu.az


OXŞAR XƏBƏRLƏR