Daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

Daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

RF-in Tuva Respublikasının başçısı Şolban Kara-ool COVID-19-a yoluxduğunu bildirib.

TASS xəbər verir ki, bu barədə o, “VKontakte” səhifəsində yazıb.

“Xəstələnə biləcəyimizi bilirdik, amma kimsə çalışmalı, məsuliyyət daşımalı idi”, - Ş.Kara-ool qeyd edib.

Resbublikanın rəhbəri əlavə edib ki, virus çox qorxuludur, sağlamlığa ciddi ziyan vurur:

“Şiddətli başağrıları olur, xəstələrin çoxu sətəlcəmdir”.

Qeyd edək ki, Rusiya koronavirus pandemiyasına yoluxan əhalinin sayına görə (344 481 nəfər) dünya ölkələri sırasında ilk üçlüyə daxildir.

oxu.az


OXŞAR XƏBƏRLƏR