Fuad Əliyev DTX-nin keçirdiyi əməliyyatlarla bağlı fikir mübadiləsi aparıb

Fuad Əliyev DTX-nin keçirdiyi əməliyyatlarla bağlı fikir mübadiləsi aparıb

Bu gün AMİP Qərərgahında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə arasında görüş keçirilmişdir.

ALDP sədrinin təşəbbüsü ilə keçirilən görüşdə ölkədə demokratik mühitinin formalaşdırılması və partiyaları birləşdirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pandemiya dövründə Azərbaycan hökumətinin atdığı addımlar, görülən işlər və çatışmazlıqları da müzakirə edən partiya rəhbərləri, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində DTX və Prokurorluğun həyata keçirdiyi tədbirlərlə bağlı da fikirlərini bölüşmüşlər.

Görüşdə həmçinin müzakirə olunan məsələlərin bundan sonra da gündəmdə saxlanılması üçün mütəmadi məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Qeyd edək ki, bundan əvvəl ALDP sədri BAP sədri Elşad Musayev və AĞ partiyanın başkanı Tural Abbaslı ilə görüşlər keçirib.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiya və siyasi hərəkat rəhbərlərilə iki tərəfli görüşlərə başlayıb. 

İlk olaraq Fuad Əliyev BAP sədri Elşad Musayev və AĞ partiyanın başqanı Tural Abbaslı ilə görüşlər keçirib. 

Görüşdə  ölkədə demokratik mühitinin formalaşdırılması və partiyaları birləşdirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bu məsələləri ayrı-ayrılıqda, partiyaların üzv olduqları bloklarda, keçiriləcək tədbirlərdə və müsahibələrdə  gündəmdə saxlamaq barədə razılıq əldə olunub.

libdemaz.blogspot.com


OXŞAR XƏBƏRLƏR